AZ

Gəncədə qazılan quyuda partlayış olub, xəsarət alanlar var

GƏNCƏ, 2 fevral. TELEQRAF

Gəncədə quyu qazılan zaman partlayış baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hadisə zamanı 1984-cü il təvəllüdlü Anar Zamanov, 1989- cu il təvəllüdlü Mahir Bağırov və daha bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar özəl və dövlət tibb müəssisələrinə yerləşdirilib.

Qeyd edək ki, xəsarət alan şəxslər fəhlələrdir.

Seçilən
13
1
teleqraf.com

2Mənbələr