AZ

Aİ-də uşaqlar üçün sosial media qadağan edilə bilər…

 

Aİ-də uşaqlar üçün sosial medianın qadağan edilməsi ilə bağlı bütün variantlar nəzərdən keçirilir.

 

News365.az “TRT HABER”-ə istinadla xəbər verir ki,  bu haqda Avropa İttifaqı (Aİ) Komissiyası, Aİ-də uşaqlar üçün sosial mediaya qoyulan potensial qadağa ilə bağlı "bütün qapıların açıq olduğunu" bildirib və bu da bütün variantların nəzərdən keçirildiyini göstərir.

 

Komissiyanın sözçülərindən biri olan Tomas Reqnyer gündəlik mətbuat brifinqində jurnalistlərin suallarını cavablandırıb.

 

Uşaqlar üçün sosial mediaya Aİ-nin qadağa tətbiq etmək üçün addımlar atıb-atmayacağı ilə bağlı suala cavab olaraq Regnier bildirib ki, bu məsələ ilə bağlı üzv dövlətlərlə iş gedir.

 

Regnier bildirib ki, "Aİ Komissiyası hazırda bütün qapıları açıq saxlayır. Artıq bizə məsləhət vermək üçün ekspertlər paneli yaradılır. Bundan sonra hər hansı əlavə addımların atılıb-atılmayacağı barədə qərar veriləcək".



Regnier bütün variantların nəzərdən keçirildiyini və tədqiqatlara inklüziv yanaşma tətbiq etdiklərini bildirib, mütəxəssislərin müxtəlif sahələrdən gələcəyini və hələlik dəqiq bir zaman qrafiki olmadığını qeyd edib.

 

Gülşən Məmmədoğlu

Seçilən
9
news365.az

1Mənbələr