AZ

Bredli üçün yeni təyinat

Mayl Bredli yeni təyinat alıb. ABŞ yığmasının sabiq yarımmüdafiəçisi “Nyu York Red Bullz”un baş məşqçisi təyin olunub.

"Football-plus.az" xəbər verir ki, bu barədə MLS-in rəsmi saytı məlumat yayıb. Bredli əsas komandaya gətirilməzdən əvvəl klubun gənclərdən ibarət kollektivinə rəhbərlik edirdi.

Təyinatla bağlı fikirlərini bölüşən baş məşqçi bunları söyləyib: “Futbolçu karyerama başladığım klubda baş məşqçi olmaq imkanı məni çox təsirləndirdi. Doğma ştatımda işləmək və azarkeşlərin layiq olduğu uğurları qazanmaq üçün işə başlamağı səbirsizliklə gözləyirəm”.

Xatırladaq ki, “Nyu York Red Bullz” üçün ötən mövsüm uğursuz alınıb. Komanda MLS-in Şərq Konfransında 10-cu yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazana bilməyib.

Seçilən
7
football-plus.az

1Mənbələr