Türk kinosunun unudulmaz adlarından biri olan Necdet Kökeş 82 yaşında vəfat edib.
Milli.Az türkiyə mediasına istinadla xəbər verir ki, "Yeşilçam" dövrünün aktyoru olan Necdet Kökeş bir çox mühüm filmlərdə rol almış və bir çox yaddaqalan obrazları canlandırmışdır.

Necdet Kökeş uzun müddət sağlamlıq problemləri ilə mübarizə aparırdı. 2025-ci ilin dekabr ayında infarkt keçirən və sonradan beynindəki qan laxtası səbəbindən xəstəxanaya yerləşdirilən aktyor təxminən iki aydır ki, müalicə alırdı.
Ağciyər problemləri səbəbindən bir müddət komada qalan Kökeşin nəfəs almasını asanlaşdırmaq üçün traxeostomiya (boğazdan hava yolu yaratmaq) əməliyyatı aparılıb. Lakin bütün müdaxilələrə baxmayaraq, Kökeş vəfat edib.
Fidan
Milli.Az
Məqaləyə dair fotomateriallar: