Xəbər verdiyimiz kimi, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov tutduğu vəzifədən azad edilib. Bununla bağlı müvafiq sərəncam yanvarın 27-də imzalanıb. İşini itirən sabiq məmurla bağlı mediada müxtəlif xəbərlər dolaşır. Onun tezliklə yüksək posta gətiriləcəyi iddia olunur. Metbuat.az bu mövzuda maraqlı məlumat əldə edib. Aldığımız məlumata görə, Sarvan Cəfərov tezliklə yeni vəzifəsinin icrasına başlayacaq. Amma yerli mətbuatda iddia olunduğu kimi, onun hansısa rəsmi qurumun başına gətirilməsi real deyil. Sabiq müavin ölkədə fəaliyyət göstərən ən iri QHT-lərdən birinin sədri, yaxud icraçı direktoru təyin olunacaq. Xatırladaq ki, ölkəmizdə bununla bağlı təcrübə mövcuddur. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin keçmiş sədri Ramin Bayramlı ötən ay Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin İdarə Heyətinin sədri seçilib. Nazim Hüseynzadə / Metbuat.az