AZ

Moskvada meymunçiçəyinə ikinci yoluxma halı qeydə alınıb

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada meymun çiçəyi (Mpox) diaqnozuqoyulmuş ikinci xəstə Domodedov xəstəxanasına daxil olub.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə həmin tibbi müəssisənin başhəkimi Andrey Osipov açıqlayıb.

Onun sözlərinə görə, Rusiyanın İstehlakçı hüquqlarının müdafiəsivə insan rifahına nəzarət üzrə Federal Xidməti ( Rospotrebnadzor)artıq yoluxmanın mümkün mənbələrinin müəyyənləşdirilməsi vəyoluxmuş şəxsin təmaslarının aşkarlanması məqsədilə araşdırmayabaşlayıb.

Hazırda məlumdur ki, yoluxmuş şəxs əvvəllər həmin xəstəxanayayerləşdirilmiş birinci xəstə ilə təmasda olub.

Meymunçiçəyi nadir virus xəstəliyidir; qızdırma, intoksikasiya,limfa düyünlərinin böyüməsi və əvvəlcə ləkələr şəklində yaranan,sonra isə suluqlu olan səpgilərlə müşayiət olunur.

Məqalədə:
Seçilən
40
az.trend.az

1Mənbələr