AZ

ABŞ-İran birbaşa danışıları başlaya bilər

İran və ABŞ yaxın günlərdə birbaşa danışıqları bərpa edəcəklər.

"Yeni Sabah" Təsnim-ə istinadla xəbər verir ki, bunu diplomatik mənbə bildirib.

Danışıqlara İran xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff rəhbərlik edəcək. Lakin məsləhətləşmələrin dəqiq vaxtı və yeri hələ razılaşdırılmayıb.

Görüş gələn həftənin əvvəlində Ankarada baş tuta bilər.

ABŞ administrasiyası Tehrandan, digər məsələlərlə yanaşı, nüvə proqramından imtina etməsini və raket proqramını məhdudlaşdırmasını tələb edir. Lakin ikinci tələb danışıqlar mövzusu olmaya bilər.

 


Telegram kanalımız
Seçilən
17
yenisabah.az

1Mənbələr