Azərbaycanın 1-ci Liqa təmsilçisi "Şimal" "Araz-Naxçıvan"ın sabiq futbolçusu Elşad Əliyevi transfer edib.
Bu barədə Rekord.az-a klubun mətbuat xidmətindən bildirilib.
26 yaşlı hücumçu yeni komandasında 9 nömrəli formanı geyinəcək.
Əliyev karyerası ərzində yetirməsi olduğu "Araz-Naxçıvan"la yanaşı, "Sumqayıt-2", "Zaqatala", "Cəbrayıl" və "Şəki Siti"də də oynayıb.