Sovet güləşçisi və 1981-ci il dünya çempionu Mixail Saladze 72 yaşında vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə 2 fevralda Rusiya Güləş Federasiyasının mətbuat xidməti məlumat verib.
"Görkəmli sovet güləşçisi, yunan-Roma güləşi üzrə dünya çempionu və dəfələrlə SSRİ çempionu Mixail Saladze vəfat edib", - Telegram kanalında yazılıb.
Ölüm səbəbi dəqiqləşdirilməyib.
Mixail Saladze 4 yanvar 1954-cü ildə Zestafonidə anadan olub. Saladze 1968-ci ildə güləşə başlayıb. 1981-ci ildə 100 kq çəki dərəcəsində dünya çempionu olub. O, həmçinin 1973 və 1981-ci illərdə iki Universiada titulunu qazanıb. O, həmçinin müxtəlif illərdə dörd dəfə SSRİ çempionluğunu qazanıb.
Bundan əlavə, Saladze 3-cü dərəcəli Gürcüstan Vaxtanq Qorqasali ordeni ilə, eləcə də SSRİ-nin Əməkdar İdman Ustası adına layiq görülüb.
QAZİLER.AZ