
Rusiyta mediasında Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası məqsədli təzyiq siyasətinin tərkib hissəsidir və bu proses uzun müddətdir davam edir. Bu fikirləri AzadMedia.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
Onun sözlərinə görə, münasibətlərin nisbətən yaxşı olduğu dövrlərdə bu cür halların baş verməsi əsasən ermənilərin Rusiyada mövcud təsir imkanları ilə izah olunurdu. Lakin Azərbaycanın tarixi qələbəsindən sonra Rusiyta mediasında anti-Azərbaycan məzmunlu materialların sayında ciddi artım müşahidə olunmağa başlayıb.
Politoloq qeyd edib ki, bu proses paralel şəkildə Rusiyanın daxilində miqrasiya siyasətinin sərtləşdirilməsi ilə də üst-üstə düşür. “Azərbaycanın müstəqil siyasət yürütməsi, Qərb ölkələri ilə ikitərəfli dialoqun inkişafı Rusiyanı narahat edir. Rusiya artıq əvvəlki təzyiq mexanizmlərinin effektiv olmadığını görür və buna görə də açıq anti-Azərbaycan siyasətinə keçid edildiyinin şahidi oluruq”, – deyə R.Bayramov vurğulayıb.
Onun fikrincə, bütün bu proseslərin arxasında rəsmi Kreml dayanır və sözügedən yanaşma yalnız Azərbaycanla məhdudlaşmır. “Rusiyanın bu cür addımları MDB məkanında təmsil olunan digər dövlətlərə münasibətdə də özünü göstərir. Lakin nəticədə bu kampaniyadan ən çox zərər görən elə Rusiyanın özü olacaq. Müttəfiqlik etdiyi dövlətlərə qarşı əks təbliğat aparmaq Rusiyanın strateji maraqlarına xidmət etmir”, – deyə politoloq əlavə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta