AZ

Hadrutun su təchizatı 9 milyon manata yenilənəcək

"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" PHŞ (VÖEN – 1300300711) açıq tender elan edir.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Hadrut qəsəbəsinin xarici su təchizatı, tullantı su şəbəkə və qurğuların tikintisidir. Ehtimal olunan qiymət 8 776 267 manat təşkil edir.

Təkliflərin son təqdim olunma vaxtı 5 mart 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.

İştirak haqqı 1 500 manat, istifadə haqqı isə 25 manat təşkil edir.

Əlaqələndirici şəxs:Yusif Hüseynov-Planlama və Satınalmaların Təşkili şöbəsi baş məsləhətçi-şöbə müdirinin müavini
[email protected]
+994 55 225 12 31

İddiaçılar təkliflərini 5 mart 2026-cı il tarixinə qədər AZ1102, Bakı şəhəri Yasamal rayonu, Moskva prospekti, ev 69A ünvanına təqdim edə bilərlər.

Seçilən
38
fed.az

1Mənbələr