"Qalatasaray"da Mauro İcardinin transferi ilə bağlı həyəcanlı anlar yaşanır. Sarı-qırmızı klub argentinalı hücumçunun transferi üçün "Yuventus"la görüş keçirib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Qalatasaray"da ayrılmaq ehtimalı olan Mauro İcardi ilə bağlı sarı-qırmızı komanda müzakirələrə başlayıb.
2026-cı ilin iyun ayında müqaviləsi başa çatacaq İcardi Avropa və Cənubi Amerikadan bir sıra klublar tərəfindən izlənilir.
Sarı-qırmızıların hələlik müqavilə yeniləmə təklifi etməməsi səbəbindən İcardi gələcəyi ilə bağlı danışıqlara başlayıb.