AZ

Ukraynalılar Donbasın Rusiyaya verilməsi ilə bağlı nə düşünürlər? – SORĞU

BAKI, 2 fevral. TELEQRAF

Ukraynalıların 52 faizi ABŞ və Avropa İttifaqının (Aİ) təhlükəsizlik zəmanətləri müqabilində bütün Donbasın – Luqansk və Donetsk vilayətlərinin Rusiyaya verilməsini qətiyyən qəbuledilməz hesab edir.

Teleqraf xəbər verir ki, bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun 23-29 yanvar tarixlərində keçirdiyi sorğunun nəticələrində deyilir.

Sorğuda iştirak edənlərin 40 faizi güzəştə getməyə hazır olduqlarını bildirib. Amma bunun əvəzində isə ABŞ və Aİ Ukraynaya təhlükəsizlik zəmanətləri verməlidir. Bu qrupa daxil olanların 31 faizi belə bir şərtin olduqca çətin olduğunu etiraf edir. Daha 7 faiz respondent isə mövqeyini müəyyənləşdirə bilməyib.

Seçilən
3
teleqraf.com

1Mənbələr