İtaliyalı mütəxəssis Karlo Ançelotti Braziliya millisində fəaliyyətini 2030-cu ilə qədər davam etdirə bilər.
Publika.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 66 yaşlı məşqçi Braziliya Futbol Konfederasiyası ilə müqaviləni 2030-cu ilə qədər uzatmağa hazırdır. Hazırkı razılaşma 2026-cı il dünya çempionatından sonra başa çatır və yeni sözləşmənin yaxın günlərdə imzalanması gözlənilir.
Qeyd edək ki, Karlo Ançelotti 2025-ci il mayın 26-da "Real" klubu ilə mövsümü başa vurduqdan sonra Braziliya millisinin baş məşqçisi təyin olunub.