Azərbaycanda uşaqlara qoyulmasına rəsmi icazə verilən qəribə adlar məlum olub.
“Yeni Sabah” əldə etdiyi xəbərə görə, bunlar Ləliş, Məmiş, Bahalı, Quşdam, Quşdan, Şüngül, Mamoş, Huduş, Bicə, Qapaq, İtaət, Pəncə, Məlumat, Mədaxil, Vacib, Diqqət, Jaket, Tədbir, Qayıtmaz, Sovet, Spartak, Marlen, Darvin, Edisson, Ramzes, Ayətulla, Hizbulla, Höccətulla, Xudaşükür, Yaradan, İqamət, Dekabr, Fevral, Aprel, İstanbul, Ural, Uran, İşıqyar, Yüksək, Kabus, Sərxoş, Qəzəbxan, Sıxbala, Zilqəm, Tüğyandır.
Bundan başqa, Abakar, Abrik, Abseyn, Araşbaba, Arıx, Avton, Azulla, Badayba, Balyar, Bicay, Birelbəy, Calayır, Cambul, Civə, Cudi, Cürübəy, Çaxmur, Çırban, Çolpan, Çulpan, Darğa, Dilbazan, Elfront, Emçixan, Əzzalı, Əzmiyar, Fadlin, Farmud, Fənərli, Gavi, Gürzalı, Haley, Hasey, Xamutay, Xəlfə, Xəzail, İvin, İmpixan, İvas, Koruş, Qubeyiş, Quşu, Lahuti, Meysər, Mədail, Məcsuf, Məqatil, Məmi, Obrik, Orangiz, Palatimur, Pompul, Poluş, Rabel, Rain, Rəfrəf, Rifkat, Ruşan, Rüzgay, Saman, Sofiyar, Şalipo, Şalbuz, Şuran, Şülən, Şürüyə, Talaybəy, Tamazan, Tarqut, Təmleyxa, Ubeyd, Ulan, Uzunağa, Valik, Varman, Vəriqa, Yadış, Yatamze, Yekxan, Yoloğlu, Zaland, Zeyqan, Ziloy, Zirəng, Zürab adlarının da uşaqlara verilməsində heç bir məhdudiyyət yoxdur.
Siyahıda həmçinin Aleftina, Ammamə, Aynuş, Aşabel, Aşurey, Avesta, Bəhli, Brofiya, Cilvənaz, Cismina, Çervon, Çəriyyad, Defina, Dəspinə, Doniya, Edvina, Efsirə, Enfira, Enera, Estella, Faina, Fanila, Felmira, Filada, Genrida, Gilanaz, Gilasbəyim, İmkanə, İtera, Kaminat, Katana, Lamara, Lauzat, Leonara, Lildar, Lumu, Mayşən, Mixayda, Minəş, Mobilə, Nevristan, Neyjen, Nuğayə, Oltema, Ostan, Ovesta, Pinara, Ramella, Rema, Romella, Sanal, Sifeda, Sifera, Sinətel, Surahil, Süzalə adları da yer alıb.
Ədliyyə Nazirliyindən “Yeni Sabah”a bildirilib ki, Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, cinsinə uygun gəlməyən və ya gülünc adların qoyulmasına yol verilmir.
“Adlarla bağlı hər hansı sual yarandıqda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yanında Terminologiya Komissiyası ilə əlaqə saxlanıla bilər.
Həmçinin sonuncu qurumla vətəndaş özü də əlaqə saxlayıb müvafiq adla bağlı məlumat əldə edə bilər”, - nazirlikdən qeyd olunub.
Əsmətxanım Rzazadə
Telegram kanalımız