AZ

BDU-nun müəllimi vəfat etdi

Yazını böyüt
Yazını kiçilt

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin müəllimi, coğrafiya üzrə elmlər namizədi Firəngiz Eyyub qızı Qasımova vəfat edib.

Bu barədə hafta.az-a ali məktəbdən məlumat verilib. 

Qeyd edək ki, F.Qasımova 30 mart 1959-cu ildə Bakı şəhərinin Zirə qəsəbəsində anadan olub. O, 1966–1976-cı illərdə Zirə qəsəbəsi 120 saylı orta məktəbdə təhsil alıb, 1976–1978-ci illərdə texniki məktəbi bitirib. 1980–1986-cı illərdə BDU-nun Coğrafiya fakültəsində ali təhsil alıb, 1987–1989-cu illərdə isə Xarici Dillər Universitetinin nəzdində “Ərəb dili” kursunu bitirib.

Firəngiz Qasımova 1980-ci ildən etibarən BDU-da əmək fəaliyyətinə başlayıb, uzun illər İqtisadi və sosial coğrafiya, 2007-ci ildən isə Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedralarında çalışıb. 2007-ci ildə “Abşeron iqtisadi rayonunun şəhər tipli yaşayış məntəqələrinin inkişafının iqtisadi və sosial təhlili” mövzusunda dissertasiya müdafiə edərək coğrafiya üzrə elmlər namizədi elmi dərəcəsini alıb.

Elmi fəaliyyəti dövründə 55 elmi məqalənin, o cümlədən 1 dərsliyin, 2 monoqrafiyanın və 7 tədris proqramının müəllifi olub. Onun tədqiqatları əsasən Azərbaycanın regionlarının sosial və iqtisadi-coğrafi problemlərinə həsr edilib. Firəngiz Qasımova ölkə daxilində və xaricdə keçirilən çoxsaylı beynəlxalq və respublika səviyyəli konfrans, simpozium və elmi tədbirlərdə fəal iştirak edib.

Seçilən
17
11
hafta.az

10Mənbələr