Bakı. Trend:
Müzakirəyə çıxarılan qanun layihəsi, pasiyentlərin seçimhüququnun genişləndirilməsinə imkan yaradan yanaşma olmaqlabərabər, ölkəmizdə onkoloji yardımın gələcək arxitekturasınıdəyişdirən ciddi normativ addım kimi qəbul olunmalıdır.
Trend xəbərverir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentinbugünkü plenar iclasında “Onkoloji yardım haqqında” Qanundadəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanıdeyib.
Komitə sədri bildirib ki layihəyə onkoloji xəstələrin realvəziyyəti, səhiyyə sisteminin mövcud imkanları və sosial nəticələrprizmasından yanaşılması zəruridir:
“Onkoloji xəstələrinin sayının getdikcə daha da artdığını vədövlət təsisatlarının mövcud imkanlarını nəzərə alsaq, bu, məntiqliyanaşmadır. Lakin ola bilsin ki, gələcəkdə qanunvericilik, yaxudNazirlər Kabinetinin müəyyənləşdirdiyi qaydalar və ya əlaqəliqurumların izahat xarakterli açıqlamaları çərçivəsində bir sırasullara aydınlıq gətirilməsinə ehtiyac var.
Azərbaycanın özəl tibb müəssisələri onkoloji xəstələri qəbuletməyə nə dərəcədə hazırdır?
Bu sahəyə özəl klinikalar tərəfindən xaricdən mütəxəssislərdəvət olunacağı istisna deyil. Onların sertifikasiyası necəaparılacaq? Bizim həkimlər xaricə gedərkən ciddi sertifikasiyaprosesindən keçirlər. Amma xaricdən gələn həkimlər üçünAzərbaycanda eyni tələblər açıq şəkildə nəzərdə tutulmur. Özölkələrinin tibb sektorunda kimsənin tanımadığı həkimlərAzərbaycanda gurultulu adlarla reklam olunurlar. Bu məsələ özhəllini necə və nə zaman tapacaq?"
Deputat əlavə edib ki, Azərbaycanda onkoloji xəstəliklərlə bağlıən böyük problem müalicədən əvvəl, vaxtında aşkarlanma və düzgündiaqnoz mərhələsində başlayır:
“Regionlarda tibbi xidmətlərin əlçatanlığı, əhalinin səhiyyəsisteminə etimadı, həssas sosial qrupların tibbi xidmətlərə çıxışıciddi problem olaraq qalır”, - deyə E.Mirzəbəyli qeyd edib.