“Yeni sabah” bu gün qeyd olunan Gənclər Günü artıq yaşa dolmuş insanların rəyini öyrənib.
“Gənc olsaydınız, nə edərdiniz” sualına maraqlı cavablar səslənib.
Seyran Səxavət: Mən 40-60 il bundan öncə gənc olanda nə etmişdimsə, onları təkrar edərdim.
Mənsum İbrahimov: İlk olaraq bütün gəncləri təbrik edirəm. Mən gənclərimizdən çox razıyam. Yenidən gənc olsaydım, əvvəlki kimi çalışqan olardım. Vətənimiz, mədəniyyətimiz uğrunda öz məqsədimə nail olardım. Bu gün gənc tələbələrimə də deyirəm, birinci növbədə nə istədiyinizi bilməlisiniz. Ondan sonra öz gücünüzü götür-qoy edib tutduğunuz yola səbr və əzimlə davam etməlisiz. O yol sizi məqsədinizə çatdıracaq. Gənclərimiz Qarabağımızı aldı və bizə zəfər qazandırdı. Bizim gənclərimiz bizim sabahımızdır.
Rəşad Məcid: Bugün gənclərin inkişafı üçün çox münbit şərait var. İstedadlı, şövqlü, əzimkar gənclər ən müxtəlif sahələrdə uğur qazana bilər. Ciddi təhlil edən, öz üzərində işləyən cavanlar uğur qazana bilərlər. Eyni zamanada, dövlətin də gənclər üçün yaratdığı imkanlar çox genişdir. Mənim məşhur kitabımda bir fikrim var. İnsan bir şeyi dəlicəsinə arzulayırsa mütləq ona çatır. Çatmırsa, deməli, ürəkdən arzulamır. Dəlicəsinə arzulamağın içində durmadan çalışmaq, zəhmət, əzimkarlıq durur. Mən gənclərə indiki dövrdə bu keyfiyyətləri arzulayıram.
Əkrəm Əylisli: Gənc vaxtı çoxlu arzular olur, onları saysaq bitməz. Amma yenidən gənc olsaydım, çalışardım ki mənim sevdiyim qız məni sevsin.
Nərgiz Əzizli
Telegram kanalımız