AZ

Kraliça Fatimə Yamalın nənəsi bu fotodan sonra sosial media ulduzuna çevrildi

Lent az saytına istinadən ain.az xəbər verir.

"Hər şey kraliça Fatimə ilə başlayıb". 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Lamin Yamalın atası Munir Nasraui, “Barselona”nın “Elçe” üzərində 3-1 hesablı qələbəsindən sonra çəkdirdiyi şəkli belə şərh edib. Şəkildə o və Laminin nənəsi, xalat və günəş eynəyi taxaraq nəvələrinin posterinin yanında poza veriblər.

Nənənin diqqətçəkən obrazı səbəbindən foto sosial mediada yayılır, lakin yumoristik təqdimatın arxasında əsl hekayə dayanır. 

Bir vaxtlar Mərakeşdən İspaniyaya köçən və ailəsinə yeni bir həyat şansı vermək üçün uzun illər çalışan nənə Fatimə olub.

Və bu mənada Munir haqlıdır: Lamin Yamalın zirvəyə aparan yolu həqiqətən də ondan başlayıb.

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
lent.az

1Mənbələr