AZ

Myanmada cinayət təşkilatının 4 üzvü edam edilib

Myanmada fəaliyyət göstərən mütəşəkkil cinayət şəbəkəsinin üzvləri barəsində edam hökmü icra olunub. 

Missiya.Az xəbər verir ki, “Bai ailəsi” kimi tanınan cinayət təşkilatının rəhbərinin oğlu Bai Yinqanq və onun üç yaxın tərəfdaşı edam edilib.

Xinhua agentliyinin yaydığı məlumata görə, sözügedən qrup Myanmanın Şan əyalətinin Kokang bölgəsində qanunsuz qumar və dələduzluq məqsədilə onlarla obyekt yaradıb. Bu obyektlər vasitəsilə ümumilikdə 29 milyard yuandan çox vəsaitin yuyulduğu müəyyən edilib.

Seyranə Quliyeva 

Missiya.Az 

Seçilən
18
missiya.az

1Mənbələr