AZ

Komitə sədri: Tələblərə cavab verən özəl xəstəxanalara lisenziya veriləcək

BAKI, 2 fevral. TELEQRAF

"Azərbaycanda onkoloji xəstələrə keyfiyyətli tibbi xidmət göstərə biləcək özəl müəssisələrin sayı çox məhduddur və azdır".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin yaz sessiyasının bugünkü plenar iclasında deyib.

O qeyd edib ki, bu qanunun qəbulu bütün özəl tibb müəssisələrinə onkoloji xəstələrə tibbi yardım göstərmək imkanı verməyəcək:

“Çox ciddi monitorinq aparılacaq. Biz artıq müvafiq icra hakimiyyəti orqanları ilə əlaqə saxlamışıq, söhbətlər aparmışıq. Ciddi monitorinqdən sonra hansı özəl tibb müəssisəsinin maddi-texniki bazası, kadr potensialı, klinik protokollara uyğun belə yardımı həyata keçirə biləcək. Ancaq tələblərə cavab verən özəl xəstəxanalarına lisenziya veriləcək və onlar fəaliyyət göstərəcək”.

Seçilən
3
teleqraf.com

1Mənbələr