Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Paytaxtın Şah İsmayıl Xətai prospekti ilə Əbdüləzəl Dəmirçizadə küçəsinin kəsişməsində baş verən yola qəzası kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb.
Kadrlardan aydın olur ki, skuterlə hərəkət edən şəxs işıqforun qadağanedici işığında yolu keçib. Nəticədə hərəkətə başlayan avtobusla toqquşan skuter sürücüsü yerə yıxılıb.
Qeyd edək ki, piyada keçidindən istifadə edərkən skuter və ya velosipedlə hərəkət edən şəxslər nəqliyyat vasitəsindən düşərək yolu piyada kimi keçməlidirlər.
Görüntülərdən həmçinin skuter sürücüsünün işıqforun siqnallarına, eləcə də hərəkətə başlayan avtobusa diqqət yetirmədiyi, yolu müşahidə etmədən keçdiyi də görünür.
Nərmin
Oxunub 194
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.