AZ

Həkim brend ola bilməz - Deputatdan sərt reaksiya 

"Bu gün müzakirə etdiyimiz dəyişikliklərin mahiyyəti sadədir: onkoloji yardım sistemi yalnız dövlət müəssisələri ilə məhdudlaşmamalı, lisenziyalı və tələblərə cavab verən özəl tibb müəssisələri də bu sistemə qoşulmalıdır. Bu, düzgün istiqamətdir. Amma mən hesab edirəm ki, burada əsas məsələ qanunun qəbul olunması yox, onun necə işləyəcəyidir".

Ölkə.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisdə "Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında”  qanunlara dəyişikliyin müzakirəsi zamanı deyib. 

Onun sözlərinə görə, çünki səhiyyədə ən təhlükəli şey kağız üzərində ideal görünən, amma praktikada boşluqlarla dolu mexanizmdir.

"Əgər özəl müəssisələr sistemə qoşulursa, burada 3 əsas mexanizm aydın və sərt olmalıdır.
Birincisi – lisenziyalaşma formal yox, real olmalıdır. Avadanlıq var deyə yox, onkoloji protokollara uyğun işləyə bilən komanda, laborator baza, reanimasiya imkanı, bacarıqlı həkim heyəti olan müəssisələr buraxılmalıdır. Əks halda biz klinika adını daşıyan, amma real onkoloji yükü daşıya bilməyən strukturlar yarada bilərik.

İkincisi – dövlət nəzarəti və vahid standartlar. Xəstə dövlət klinikasında hansı protokolla müalicə alırsa, özəl müəssisədə də eyni kliniki qaydalar tətbiq olunmalıdır. Onkologiyada fərdi “təcrübə” yox, protokol işləyir. Əks halda sistem parçalanar, keyfiyyət fərqi yaranar, zərəri isə xəstə çəkər.
Üçüncüsü – maliyyə mexanizmi şəffaf olmalıdır. Dövlət büdcəsindən ayrılan vəsait xəstənin arxasınca getməlidir, klinikanın arxasınca yox. Yəni məqsəd müəssisəni yox, xəstəni maliyyələşdirmək olmalıdır. Bu zaman sistem sosial ədaləti qoruyar",-o qeyd edib. 

Deputat əlavə edib ki, amma burada çox həssas bir məsələ var: 
"Biz səhiyyəni bazar modelinə açırıqsa, paralel olaraq onu reklam bazarından qorumalıyıq. Mən hesab edirəm ki, dərmanların və həkimlərin reklamının qadağan olunması prinsipi daha sərt qorunmalıdır.

Çünki onkoloji xəstə adi istehlakçı deyil. O, psixoloji cəhətdən ən zəif vəziyyətdə olur. Reklam isə emosiyaya təsir edir, qorxu və ümid üzərindən qərar formalaşdırır. Bu isə tibbi qərarı elmi əsasdan çıxarıb psixoloji manipulyasiya alətinə çevirir.
Həkim brend ola bilməz. Həkim etimad, peşəkarlıq və etik məsuliyyət simvoludur. Dərman isə məhsul deyil, həyatla bağlı vasitədir. Onların reklam obyektinə çevrilməsi səhiyyəni informasiya yarışına, reytinq mübarizəsinə və kommersiya təzyiqinə salır. Bu isə səhv müalicə seçiminə, lazımsız prosedurlara və xəstənin maddi istismarına qədər açıq-açıqcasına gedə bilir.
Biz özəl sektoru sistemə buraxırıqsa, bu, rəqabət keyfiyyət üzərində olmalıdır, reklam üzərində yox. Ümumiyyətlə, tibb sahəsində dərman və həkimlərin reklamının birdəfəlik qadağan olunmasını təklif edirəm.

Bu qanun doğru istiqamətdə addımdır. Amma onun gücü mətnində yox, mexanizmində olacaq. Güclü nəzarət, vahid standart, şəffaf maliyyə və reklamdan uzaq, etik səhiyyə mühiti yalnız bu halda bu dəyişiklik həqiqətən xəstənin xeyrinə işlə

Seçilən
24
1
olke.az

3Mənbələr