AZ

Uşaqlar arasında onkoloji xəstələrin sayının artması narahatlıq doğurur - Deputat

Azərbaycanda uşaqlar arasında onkoloji xəstəliklərin artım tempi narahatlıq doğurur.

Sabahinfo.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Hicran Hüseynova parlamentin yaz sessiyası çərçivəsində bildirib.

Deputat qeyd edib ki, ölkədə onkoloji xəstəliklərin ümumi sayında müşahidə edilən artım dinamikası xüsusilə azyaşlılara aid göstəricilərdə özünü daha aydın göstərir. Son statistikalara əsasən, hazırda hər 100 min nəfərə 7,1 uşaq onkoloji xəstə düşür.

Onun sözlərinə görə, son 14 ildə uşaqlarda onkoloji xəstəliklərin sayının iki dəfə artması artıq uzunmüddətli və təhlükəli tendensiyanın formalaşdığını göstərir.

Hicran Hüseynova həmçinin ölkədə ümumi onkoloji xəstəliklər üzrə 2020-ci illə müqayisədə ciddi çoxalma olduğunu vurğulayıb. Belə ki, 2020-ci ildə 21 min 888 nəfər olan xəstə sayı 2024-cü ildə 73 min 885 nəfərə çatıb.

Deputat hesab edir ki, bu vəziyyət onkoloji xəstəliklərə qarşı mübarizənin sistemli şəkildə gücləndirilməsini, xüsusən də uşaqlar üçün ixtisaslaşmış tibbi xidmətlərin genişləndirilməsini tələb edir.

 

Seçilən
1
sabahinfo.az

1Mənbələr