AZ

Tramp xüsusi elçisini İsrailə göndərir

Bakı. Trend:

ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff İsrailin başnaziri Benyamin Netanyahu və ölkənin hərbi rəhbərliyi ilədanışıqlar aparmaq üçün İsrailə səfər edəcək.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Uitkoffun İsrailə səfəri fevralın 3-nəplanlaşdırılıb.

2025-ci il oktyabrın 9-da İsrail və HƏMAS Qəzza zolağındamünaqişənin sülh yolu ilə həllinin birinci mərhələsinə dairrazılaşmalar imzalayıblar. Oktyabrın 13-də Donald Tramp İsrailparlamentində çıxış edərək Qəzzada münaqişənin başa çatdığını elanedib.

2026-cı ilin yanvarında isə ABŞ prezidenti Donald Trampın xüsusinümayəndəsi Stiven Uitkoff Qəzzada nizamlanma ilə bağlı Trampınplanının ikinci mərhələsinin başladığını bəyan edib. Bu mərhələHƏMAS-ın tərksilah edilməsini və Qəzza Sektorununhərbisizləşdirilməsini nəzərdə tutur.

Məqalədə:
Seçilən
25
az.trend.az

1Mənbələr