Almaniya hüquq-mühafizə orqanları ən azı 24 Rusiya müdafiə şirkətinə mal ixrac etməkdə şübhəli bilinən beş nəfəri həbs edib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, saxlanılan şübhəlilər Almaniya, Ukrayna və Rusiya vətəndaşlarıdır. Onlar Ukraynada müharibə başlayandan bəri Lübekdə yerləşən bir şirkətdən və saxta firmalardan istifadə edərək Rusiyaya ən azı 30 milyon avro dəyərində 16 min çatdırılma etməkdə ittiham olunurlar.
İddiaya görə, tədarük şəbəkəsinin arxasında Rusiya dövlət qurumları var.