AZ

İsveçrədə bar yanğınında ölənlərin sayı 41-ə çatdı

Montana Xizək Kurortunda Yeni il şənlikləri zamanı baş verən yanğın nəticəsində ölənlərin sayı 41-ə çatıb.

Turkustan.az xəbər verir ki, Krans-Montanada Yeni il şənlikləri zamanı barda baş verən yanğından yaralı olaraq xilas edilən və Sürix Universitet Xəstəxanasında müalicə alan 18 yaşlı isveçrəli kişi vəfat edib.

Valais Kanton Prokurorluğu ölüm faktını təsdiqləyib.
Sürix Universitet Xəstəxanasının rəhbərliyi yanğından sağ çıxan və reanimasiya şöbəsində müalicə alan beş nəfərin vəziyyətinin kritik olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
12
turkustan.az

1Mənbələr