AZ

Ermənistan və Macarıstan sülh prosesini müzakirə etdi

BAKI, 2 fevral. TELEQRAF

Ermənistan parlamentinin sədri Alen Simonyan Macarıstan parlamentinin sədr müavini İştvan Yakab ilə görüşüb.

Teleqraf xəbər verir ki, tərəflər ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensialın olduğunu bildiriblər.

Həmsöhbətlər Ermənistan-Avropa İttifaqı münasibətləri, Ermənistan və Azərbaycan arasında bərqərar olan sülh, eləcə də parlamentlərarası əlaqələrin aktivləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Seçilən
11
teleqraf.com

1Mənbələr