AZ

Divardaki kifdən 3 addımda XİLAS OL

Evlərdə tez-tez rast gəlinən divar kifi həm estetik problemi yaradır, həm də sağlamlıq üçün təhlükəli ola bilər.

Milli.Az xəbər verir  ki, mütəxəssislər kifdən xilas olmaq üçün sadə, amma təsirli 3 addım tövsiyə edirlər.

1. Kifin əsas səbəbini müəyyən edin
Divarlarda kifin yaranmasının əsas səbəbi rütubət, havalandırmanın zəif olması və su sızmalarıdır. Problemi kökündən həll etmək üçün ilk növbədə bu səbəblər aradan qaldırılmalıdır.

2. Sirkə və soda qarışığı ilə təmizləyin
Təbii üsullardan biri kimi, sirkə və sodadan istifadə tövsiyə olunur. Qarışığı kif olan hissəyə çəkib bir müddət saxladıqdan sonra səthi yaxşıca silin.

3. Divarı tam qurudun
Təmizləmədən sonra divarın tam quruması vacibdir. Otağın havalandırılması və rütubətin azaldılması kifin yenidən yaranmasının qarşısını alır.

Qeyd edək ki, kiflə mübarizədə mütəmadi nəzarət və rütubətsiz mühit əsas şərt sayılır.

Milli.Az

Seçilən
0
milli.az

1Mənbələr