AZ

Epşteyn adasından sağ çıxan qadın yaşadıqlarını danışdı

ABŞ Ədliyyə Nazirliyi Cefri Epşteyn qalmaqalı ilə bağlı təxminən 3 min yeni sənədi ictimaiyyətə açıqlayıb.

Far.Az xəbər verir ki, sənədlərdə yeni şəxslərin adı və bir sıra türk vətəndaşlarının da əlaqələri yer alıb.

Epşteyn məsələsində sağ çıxan bir qadın verdiyi müsahibədə, uşaq yaşlarında sistemli cinsi təcavüzə məruz qaldığını və bunun genişmiqyaslı insan alveri şəbəkəsi ilə əlaqəli olduğunu bildirib: "Hər gün təcavüz olunurdum, bəzən üç dəfə… Son 17 ilimi ədalətin təmin olunması üçün keçirdim."

Epşteyn 14 yaşdan kiçik qızlara qarşı cinsi istismar şəbəkəsi yaratmaq ittihamı ilə mühakimə olunurdu və 2019-cu ildə həbsxana ölü tapılmışdı. Sənədlərdə Prens Andreu, Donald Tramp, Bill Klinton, Kevin Speysi və Maykl Cekson kimi məşhurların da adı çəkilib.

ABŞ Federal Təhqiqat Bürosu (FBI) "müştəri siyahısı" ilə bağlı heç bir sübutun tapılmadığını və Epşteynin intihar etdiyini açıqlayıb.

Seçilən
28
far.az

1Mənbələr