AZ

“Turan Tovuz”un futbolçusu qayıtmadı

“Turan Tovuz”un futbolçusu komandaya qayıtmayacaq.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət Rüfət Əhmədovdan gedir. Mövsümün əvvəlində icarə əsasında “Qəbələ”yə keçən müdafiəçi baş məşqçi Kaxaber Tsxadadzenin gələcək planlarına daxil deyil.

Gürcüstanlı mütəxəssis Rüfət Əhmədovu əvəzedici heyətə göndərib. Bu səbəbdən də oyunçunun müqavilə ilə məxsus olduğu “Turan Tovuz”a qayıdacağı gözlənilirdi.

Ancaq müdafiəçi “Qəbələ”dən ayrılmır. O, mövsümün sonuna qədər əvəzedici komandada çıxış edəcək.

Seçilən
5
idmanxeber.az

1Mənbələr