AZ

Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır

ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

Kreml Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq istədiyi təqdirdə, görüşün Moskvada keçirilməsi mövqeyində qalır.

Reyting.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov fevralın 1-nə qədər davam edən “enerji atəşkəsi” barədə əvvəllər dediklərinə əlavə edəcək bir şey olmadığını bildirib.

Mətbuat katibi həmçinin Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyevin Mayamiyə səfəri barədə ətraflı məlumat verməkdən imtina edib. Onun sözlərinə görə, həm Kirill Dmitriyev, həm də Stiv Uitkoff danışıqların konseptual qiymətləndirilməsini veriblər.

“Ukrayna nizamlanması çox mürəkkəb, çoxşaxəli bir prosesdir. Bəzi məsələlərə müzakirələr və söhbətlər sayəsində yaxınlaşdıq. Bəzi məsələlərdə ortaq məxrəc tapmaq daha asandır. Ortaq məxrəc tapmaq daha çətin olan məsələlər də var. Orada hələlik yaxınlaşma elan edilə bilməz. Bu, çox mürəkkəb bir prosesdir”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, Dmitriyev iqtisadi əməkdaşlıq üzrə işçi qrupuna rəhbərlik edir və bu məsələlər əsasən onun səlahiyyətləri daxilindədir.

Eyni zamanda, Peskov Fransanın Rusiya ilə ünsiyyət kanalı yaratmaq ideyasını düzgün adlandırıb. Lakin hazırda Putin və Fransa prezidenti Emmanuel Makron arasında əlaqələrin necə təşkil ediləcəyi ilə bağlı heç bir konkretlik yoxdur.

Qeyd edək ki, V. Zelenski bir neçə gün əvvəl Moskava görüşünü mümkünsüz hesab etdiyini bildirmişdi.

ELÇİN

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
1
reyting.az

2Mənbələr