ain.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.
“Azərbaycanda gənclərin, yeniyetmələrin sosial şəbəkələrdən istifadə etməsini qadağan edən qanunun qəbul olunması vacibdir, zəruridir. Çünki təəssüflər olsun bəzi sosial şəbəkə istifadəçiləri sanki konkret olaraq gənclərin, yeniyetmələrin qəsdinə durublar”.
Bunu xalqcebhesi.az-a açıqlamasında sosioloq Mail Yaqub söyləyib.
M.Yaqub əlavə edib ki, milli-mənəvi dəyərlərimizə zidd olan məzmunları paylaşırlar, homoseksualizmi təbliğ edirlər: “Bu, biabrçılıqdır. Bunun qarşısı mütləq alınmalıdır. Həm o insanların qarşısı alınmalıdır, həm də uşaqların, yeniyetmələrin sosial şəbəkədən istifadəsinə qadağa qoyulmalıdır. Əks halda, biz həmin uşaqları, yeniyetmələri elə bu yaşdan itirəcəyik. Ona görə ki, psixologiyası, mənəviyyatı pozulan uşaq gələcəkdə faydalı insan ola bilməyəcək. Biz buna inanmalıyıq”.
Sosioloqun sözlərinə görə, prosedur necə, hansı formatda olmalıdır bu artıq hüquqi məsələdir: “Amma əsas olan odur ki, bu addım mütləq atılmalıdır və hətta çoxdan atılmalı idi. Avropanın beşiyində ən müasir ölkə olan Fransa bu addımı atırsa, biz çoxdan atmalı idik. Çünki biz müasirliyi Avropadan öyrənmişik. Əgər onlar bu həyəcan təbilini çalırsa, deməli, bu, çox ciddi məsələdir. Bu addım mütləq atılmalıdır. Bunun hüquqi prosedurunu da mütəxəssislər oturub fikirləşməlidirlər ki, hansı formatda olsun”.
Röya İsrafilova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.