Azərbaycanın 1-ci liqasında mübarizə aparan "Şimal" sıralarına yeni futbolçu qatıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xaçmaz təmsilçisi "Araz-Naxçıvan"ın sabiq futbolçusu Elşad Əliyevi transfer edib. 26 yaşlı hücumçu komandada 9 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, E.Əliyev karyerası ərzində "Araz-Naxçıvan", "Sumqayıt-2", "Zaqatala", "Cəbrayıl" və "Şəki Siti"də də oynayıb.
Xatırladaq ki, hazırda "Şimal" 1-ci liqanın turnir cədvəlində 5 xalla sonuncu - 10-cudur.