ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
"Tovuz Tibb Mərkəzi" MMC-nin xeyli miqdarda vergi borcu yaranıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hazırda MMC-nin 132 619,05 manat vergi borcu var.
"Tovuz Tibb Mərkəzi" MMC 9 sentyabr 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 40 manatdır. MMC-nin hüquqi ünvanı Tovuz rayonu Tovuz şəhəri, İ.Mürşüdov küçəsi, ev 44-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılov Emin Maksim oğludur. Emin İsmayılov haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
İddialara görə, "Tovuz Tibb Mərkəzi" MMC-nin sahibi Hikmət İbrahimlidir. O, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri vəzifəsində işləyir. Hikmət İbrahimli 2021-ci ilədək "Tovuz Tibb Mərkəzi" MMC-nin qanuni təmsilçisi olub.
"Tovuz Tibb Mərkəzi" MMC-nin vergi borcunun yaranması ilə bağlı da maraqlı mülahizələrə irəli sürülür.
İddialara görə, Hikmət İbrahimlinin İcbari Tibbi Sığorta Agentliydə vəzifə tutması "Tovuz Tibb Mərkəzi" MMC-nin fəaliyyətinə müsbət mənada təsirsiz ötüşməyib. Lakin hazırda Agentlikdə ciddi yoxlamalar aparıldığından "Tovuz Tibb Mərkəzi" MMC ilə sözügedən qurumla işbirliyinə əngəl yaradıb. Bu baxımdan, MMC-nin fəaliyyəti əvvəlki illərə nisbətən xeyli zəifləyib və nəticədə xeyli miqdarda vergi borcu yaranıb.
Bu iddialarla bağlı "Tovuz Tibb Mərkəzi" MMC ilə əlaqə saxlamaq cəhdlərimiz nəticə verməyib.
Seyid
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.