Hindistanda ölümcül Nipah virusu ilə bağlı yeni yoluxmaların qeydə alınması bir sıra Asiya ölkələrində narahatlığa səbəb olub.
Missiya.Az xəbər verir ki, Qərbi Benqal əyalətində ən azı iki nəfərin həyatını itirməsindən sonra Tayland, Malayziya və Sinqapur əlavə nəzarət və test tədbirləri görməyə başlayıb.
Mütəxəssislərin məlumatına görə, insanlarda ölüm göstəricisi 40–75 faiz arasında dəyişən Nipah virusu heyvanlardan insanlara keçən zoonotik xəstəliklər sırasındadır. Virus əsasən yoluxmuş yarasalarla təmas, çirklənmiş qida məhsullarının qəbulu və nadir hallarda insandan insana yaxın təmas yolu ilə yayılır.
Nipah infeksiyası sürətlə ağırlaşa və beyin iltihabı kimi ciddi fəsadlara səbəb ola bilər. Hazırda virus üçün təsdiqlənmiş peyvənd və ya effektiv müalicə mövcud deyil.