İtaliyanın "Komo" klubunun baş məşqçisi Sesk Fabreqas gələcəkdə "Barselona"nın yeni baş məşqçisi ola bilər.
Publika.az xəbər verir ki, bu barədə "The Touchline" məlumat yayıb.
Bildirilir ki, "Barsa" rəhbərliyi ispaniyalı mütəxəssisin A Seriyasında gördüyü işi yüksək qiymətləndirir və bu səbəbdən o, Hans-Diter Flikin klubdan ayrılacağı halda mümkün namizədlər siyahısında yer alır. “Mavi-qranatlar” Fabreqasın oyun üslubunu, gənc futbolçulara göstərdiyi etimadı, eləcə də onun katalon keçmişini bəyənir.
Qeyd edək ki, 2024-cü ildən "Barselona"nın baş məşqçisi 60 yaşlı Hans-Diter Flikdir. La Liqada 22 turdan sonra komanda 55 xal toplayaraq turnir cədvəlinə liderlik edir.