AZ

"Onlar yalnız Moskvada görüşə bilərlər" - Peskov

Kreml Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında əlaqələrin yalnız Moskvada mümkün olduğuna israr edir.

"Unikal" xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

"Zelenski əlaqələr təklif edir, Putin onların Moskvada mümkün olduğunu söylədi. Bu, bizim mövqeyimiz olaraq qalır", - deyə o, Kremlin iki prezident arasında neytral ərazidə görüş təşkil etməyi nəzərdən keçirib-keçirməməsi ilə bağlı suala cavab olaraq bildirib.

Peskov Moskvanın bu məsələ ilə bağlı mövqeyini "olduqca ardıcıl" adlandırıb.

"Biz danışıqlara açıq qalırıq. İşçi qrupları vasitəsilə işlər davam edir. Biz bunu alqışlayırıq və Ukraynada nizamlanmanın maraqları naminə bu işi davam etdirməyə hazırıq", - deyə o əlavə edib.

Seçilən
1
unikal.az

1Mənbələr