“Qalatasaray” və “Fənərbağça” ilə adı hallanan Ademola Lukman karyerasını “Atletiko”da davam etdirəcək.
İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı nigeriyalı hücumçu tibbi müayinədən sonra rəsmi müqavilə imzalayacaq.
2022-ci ildən “Atalanta”da çıxış edən Lukman 137 oyunda 55 qol vurub, 27 assist edib.