Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycanın bu yaxınlarda Ermənistana təhvil verdiyi Vaqif Xaçaturyan xəstəxanadan evə buraxılıb.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV yazıb.
Onun qızı Vera Xaçaturyan bildirib ki, atası hazırda evdədir və səhhəti qənaətbəxşdir.
Xatırladaq ki, Xaçaturyan yanvar ayının 22-də İrəvandakı Nork-Maraş Tibb Mərkəzində açıq ürək əməliyyatı olunmuşdu.
O, qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilərək həbs olunmuşdu.
Yanvar ayının 14-də isə Ermənistanın baş naziri Nikol Paşinyan Bakının Xaçaturyan və digər 3 şəxsi İrəvana təhvil verdiyini açıqlayıb.
Ağarza Elçinoğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.