AZ

Minimum əmək haqqı ilə bağlı nə dəyişir? – Deputat açıqladı

Bakı. Trend:

Əmək məcəlləsinə təklif edilən dəyişiklik minimum əmək haqqınınməbləğinin müəyyən edilməsinin dövriliyini nəzərdə tutur və mühümmütərəqqi əhəmiyyət daşıyır.

Trend xəbərverir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsininsədri Musa Quliyev parlamentin bugünkü plenar iclasında ƏməkMəcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsininmüzakirəsi nzamanı deyib.

Komitə sədri xatırladıb ki, mövcud qanunvericiliyə görə,ölkəmizdə əmək haqqının minimum məbləği Nazirlər Kabinetinintəklifinə əsasən, Azərbaycan Respublikası Prezidentinin fərmanı iləmüəyyən olunur. Hökumət tərəfindən təkliflər hazırlanarkən ölkəninsosial-iqtisadi vəziyyəti, yaşayış minimumu, əhalinin gəlirləri,infilyasiya, əmək bazarında vəziyyət və s. faktorlar nəzərəalınır.

Deputat bildirib ki, işçilərin minimum yaşayış səviyyəsini təminedən və bu gün bütün dünyada mühüm sosial siyasət alətlərindən biriolan minimum əmək haqqının tənzimlənməsi bir çox beynəlxalqqurumların, xüsusən də Beynəlxalq Əmək Təşkilatının həll etdiyi vədiqqətdə saxladığı məsələlərdəndir:

“Bu xüsusda, Dünya Bankı Qrupunun “Business Ready” hesabatındaqanunvericiliyin minimum əmək haqqının dövri yenilənməsininməcburiliyinin təsbit edilməməsi bal itirən suallar kateqoriyasınaşamil edilib.

Bu baxımdan, minimum əmək haqqı məbləğinin müəyyən edilməsindədövriliyin milli qanunvericiliyimizdə nəzərdə tutulmaması DünyaBankı Qrupunun Beynəlxalq “İşçi qüvvəsi” reytinqində geridəqalmağımıza səbəb olur”.

Millət vəkili əlavə edib ki, layihənin qəbulu ölkəmizdə sosialmüdafiənin effektiv aləti sayılan minimum əmək haqqınınmüəyyənləşməsinin dövriliyini təmin edəcək və sözügedən hesabatdaqeyd olunan sualla bağlı ölkənin bal itirilməsi səbəbi aradanqalxacaq.

M.Quliyev qeyd edib ki, minimum əmək haqqı ölkə üzrə məcburidirvə mülkiyyət formasından asılı olmayaraq bütün işəgötürənlərə şamilolunur. Əmək müqaviləsində göstərilən əmək haqqı minimum əməkhaqqından aşağı ola bilməz.

Məqalədə:
Seçilən
8
2
az.trend.az

3Mənbələr