Bir müddət əvvəl məhkəməsi başa çatan Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzinin mama-ginekoloqu Naibə Mahmudovanın cinayət işində bir sıra maraqlı məqamlar qeydə alınıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, həkim səhlənkarlığı səbəbindən doğum evində 1989-cu il təvəllüdlü Günay Ağayevanın yenidoğulmuş uşağının ölümünə səbəb olan N.Mahmudovanın başqa bir əməli də üzə çıxıb.
Məlum olub ki, Naibə Mahmudova törətdiyi cinayət əməlini ört-basdır etmək üçün vəzifə saxtakarlığına da əl atıb.
Belə ki, mama-ginokoloq cinayət məsuliyyətindən yayınmaq niyyətilə rəsmi sənəddə guya onun tərəfindən aparılmış müayinə zamanı bətndaxili dölün ölü olduğunun aşkarlandığını qeyd edib.
Bundan əvvəl isə Naibə Mahmudova tibbi yardımı tam həcmdə göstərməyib, doğuşdan öncə dölün vəziyyətinin düzgün qiymətləndirməyib, tibbi göstəriş olmasına baxmayaq, əməliyyatı gecikdirib, nəticədə yeni doğulmuş uşağın ölmünə səbəb olub.