AZ

Bu avtomobillərin idxalı ƏDV və rüsumlardan azad edilir

Bakı. Trend:

Raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV, aksiz və gömrükrüsumundan azad ediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" Qanundadəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, hazırda qüvvədə olan qaydalara əsasən, mühərriki,banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətəgətirilmiş və zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmişavtonəqliyyat vasitələri raritet (nadir) avtonəqliyyat vasitələrihesab edilir.

Dəyişikliyə əsasən, raritet avtonəqliyyat vasitələrininidxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsiaşağıdakı şərtlər çərçivəsində tənzimlənəcək:

  • idxalının müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasındahəyata keçirilməsi;
  • idxal olunan raritet avtonəqliyyat vasitələrinin sayının şəxstərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10ədəddən) çox olmaması.

Qeyd edilib ki, raritet avtonəqliyyat vasitələrinin idxalınınƏDV, aksiz və gömrük rüsumundan azad edilməsi onlarınidxalçılarının xərclərinin azalmasına imkan yaradacaq.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaqbirinci oxunuşda qəbul edilib.

Seçilən
19
29
az.trend.az

10Mənbələr