AZ

Sahibkarlara müjdə - Yoxlamalarla bağlı qərara dəyişiklik edildi

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması ilə bağlı müddət uzadılıb.

News365.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Belə ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə 2015-ci il noyabrın 1-dən etibarən yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılıb. Yeni qərara əsasən, həmin müddət daha bir il - 2027-ci il yanvarın 1-dək uzadılıb.

Layihə səsə qoyularaq bir oxunuşda təsdiqlənib.

Seçilən
8
news365.az

1Mənbələr