AZ

Ölkənin birinci bankı və birinci universiteti arasında memorandum imzalandı

Bakı. Trend:

Ölkənin birinci bankı Kapital Bank və birinci universiteti BakıDövlət Universiteti (BDU) arasında əməkdaşlıq memorandumuimzalanıb. Bununla da Kapital Bank daha bir ali məktəblə stratejiəməkdaşlığın əsasını qoyub. İmzalanma mərasimində Kapital Bank-ınİdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin birinci müavini CavidMirzəyev və BDU rektoru Elçin Babayev iştirak edib.

Tədbirdə çıxış edən Cavid Mirzəyev bu əməkdaşlığı tarixi hadisəadlandırıb: “Ölkənin birinci bankı olaraq, qədim tarixə malik BakıDövlət Universiteti ilə əməkdaşlığımızı daha böyük müstəvidərəsmiləşdirmək bizim üçün olduqca vacib hadisədir. Təhsilə dəstəkKapital Bank-ın sosial məsuliyyət layihələrinin ən vacib, stratejiistiqamətlərindən biridir. Təcrübə göstərir ki, bu kimiəməkdaşlıqlar sayəsində tələbələrimiz praktiki biliklər əldə edir,gələcək karyeraları üçün vacib olan təcrübələri qazanır, eləcə dəiş dünyasına daha hazırlıqlı şəkildə atılırlar. Biz isə peşəkarkorporativ mühitə hazır olan gənclərlə əməkdaşlıq edə bilirik.Hazırda bankımızda 748 nəfər BDU məzunu çalışır. Onlardan 68-i isərəhbər vəzifələrdə yer alır. Bu rəqəmlər BDU məzunlarının maliyyəsektorunda da kifayət qədər uğurlu kadrlar olduğunungöstəricisidir. Düşünürəm ki, BDU-nun təhsil metodikası KapitalBank-ın təcrübəsi ilə birləşdikdə gənclərin inkişafı üçün dahageniş platforma yaranacaq”.

Rektor Elçin Babayev isə bu əməkdaşlığın tələbələrin əməkbazarına peşəkar kadr olaraq hazırlanmasına müsbət təsir edəcəyinivurğulayıb: “Bizim fəaliyyətimizin prioritetlərindən biri dəuniversitet və işəgötürənlər, həmçinin biznes strukturları iləəlaqələrin gücləndirilməsidir. Kapital Bank-la əməkdaşlığımıztələbələrimiz üçün uğurlu karyera yolunda yeni imkanlar açacaq.Burada təcrübə mübadiləsi, bankın peşəkar kadrları tərəfindəntələbələrə təlimlərin keçirilməsi, onların tədris prosesinə cəlbolunması kimi bir çox məqamlar yer alır. Nəticədə bütün bunlartələbələrimizin rəqabətli əmək bazarında daha dayanıqlı mövqelərdəolmasına səbəb olacaq”.

İmzalanma mərasimindən sonra Bakı Dövlət Universitetininnəzdində müasir texnologiyalar və avadanlıqlarla təchiz edilmiş,müasir standartlara cavab verən “Kapital Bank otağı”nın açılışmərasimi keçirilib. Mərasimdə Kapital Bank-ın menecer heyətində yeralan və BDU məzunu olan bank əməkdaşları öz təəssüratlarınıbölüşüb, birgə əməkdaşlığın faydalı olacağına əminliklərinibildiriblər.

Xatırladaq ki, hər zaman təhsilə dəstək layihələri ilə gündəməgələn Kapital Bank-ın Azərbaycan Dövlət İqtisad Universiteti,Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, AzərbaycanTexnologiya Universiteti və Bakı Mühəndislik Universitetlərində də“Kapital Bank” otaqları fəaliyyət göstərir ki, bu otaqlardavaxtaşırı tələbələrin peşəkar və şəxsi inkişafını dəstəkləyənlayihələr həyata keçirilir.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir vəAzərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 53 şöbəsi iləmüştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə dahaətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olansəhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişiüçün – https://kbl.az/prgtk,Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.

Məqalədə:
Seçilən
13
22
az.trend.az

10Mənbələr