
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 3-də Səudiyyə Ərəbistanına səfər edəcək.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, Türkiyə liderinin Ər-Riyaddakı Yamama Sarayında Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman tərəfindən rəsmi olaraq qarşılanması gözlənilir.
Qeyd olunub ki, səfər çərçivəsində "Səudiyyə Ərəbistanı-Türkiyə Biznes Forumu" da təşkil olunacaq.
Daşqın Həsənov
Missiya.Az