AZ

"Yuventus" İspaniya klubunun hücumçusu ilə maraqlanır

İtaliyanın "Yuventus" klubu "Atletiko"nun (İspaniya) hücumçusu Aleksandr Sörlotla maraqlanır.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubunun rəhbərliyi 30 yaşlı norveçli forvardın transferi ilə bağlı təcili sövdələşmə imkanlarını nəzərdən keçirir.

Bundan əvvəl "Yuventus"un namizədləri siyahısında "Kristal Pelas"dan (İngiltərə) Jan-Filipp Mateta, Türkiyənin "Fənərbağça" klubundan Yussef En-Nesiri və "Qalatasaray"dan Mauro İkardi kimi adlar yer alıb.

Qeyd edək ki, A.Sörlot cari mövsümdə "Atletiko"nun heyətində La Liqada 21 matçda 7 qol vurub.

Seçilən
13
far.az

1Mənbələr