Bakı, 2 fevral, AZƏRTAC
Yaponiya Sakit okeanda Minamitorişima adası yaxınlığında 6 min metr dərinlikdən nadir torpaq elementləri ilə zəngin çöküntü çıxarmağı bacarıb.
AZƏRTAC Yaponiyanın Jiji Press informasiya agentliyinə istinadla xəbər verir ki, “Çikyu” dərin dəniz qazma gəmisi ilə toplanmış materialın tərkibi analiz ediləcək.
Yaponiya Nazirlər Kabinetinin Baş katibinin müavini Masanao Ozaki bu uğurun iqtisadi təhlükəsizlik və nadir torpaq elementlərinin mənbələrinin şaxələndirilməsi baxımından önəmli olduğunu bildirib.