Bir neçə ay öncə xəbər vermişdik ki, Mərdəkan qalası restavrasiya ediləcək.
Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Abdullah Erenin Azərbaycana səfəri çərçivəsində bildirilmişdi ki, restavrasiyanı agentlik həyata keçirəcək.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib ki, Mərdəkan qalasında bərpa işlərinə hələ ki, başlanmayıb.