AZ

Sumqayıtda KT zamanı həyatını itirdi

Sumqayıtda xəstəxanada müayinə zamanı ölüm faktı qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 1 nömrəli Şəhər Xəstəxanasında baş verib.

Belə ki, 1956-cı il təvəllüdlü kişi pasiyentin kompüter tomoqrafiyası (KT) müayinəsi zamanı səhhəti qəfil ağırlaşıb və nəticədə onun həyatını xilas etmək mümkün olmayıb.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, sözügedən şəxs 29 yanvar 2026-cı il tarixində saat 14:00 radələrində qeyri-stabil proqressivləşən gərginlik stenokardiyası, postinfarkt kardioskleroz, xroniki ürək çatışmazlığı və sidik kisəsində törəmə diaqnozları ilə xəstəxananın Kardiologiya şöbəsinə yerləşdirilib. Pasiyentə vəziyyətinə uyğun olaraq bütün zəruri tibbi xidmətlər göstərilib.

Məlumata görə, müayinə zamanı makrohematuriya müşahidə edildiyindən KT müayinəsinin aparılmasına ehtiyac yaranıb. Lakin müayinə prosesində xəstənin ümumi vəziyyəti qəfil pisləşib. Həkimlər tərəfindən dərhal reanimasiya tədbirləri görülsə də, nəticə verməyib və 30 yanvar 2026-cı il tarixində saat 15:00 radələrində ölüm faktı rəsmiləşdirilib.

İlkin tibbi ehtimala əsasən, ölümün tromboemboliya səbəbindən baş verdiyi bildirilir. Qeyd olunub ki, ölümün dəqiq səbəbi meyitin patoloji-anatomik müayinəsindən sonra müəyyən ediləcək.

Turab

Seçilən
19
nocomment.az

1Mənbələr